Dünyada korona böhranı narahatlıqlarının azalmasına səbəb olacaq mərkəzi bank açıqlamaları və peyvənd istehsalının artırılması imkanlarına dair xəbərlər, birjalarda risk iştahının artmasına səbəb olub.
Nəticədə EUR/USD və GBP/USD məzənnələri, qızıl və neft qiymətləri bahalaşıb. Avro 1.22, funt isə 1.36$-ın üzərində qaldıqca, bahalaşmanın davam edəcəyi, dollarda ucuzlaşmanın qızıl və neft qiymətlərinin daha da bahalaşmasına təsir edəcəyi proqnozlaşdırılır.
Bu istiqamətdə dollar indeksinin 90 dəstək səviyyəsini qırması və Bakı vaxtı saat 17:30-da Amerikanın inflyasiyası və saat 19:30-da neft ehtiyatları ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.