Birjalarda pambığın qiyməti artıb

10:41
8 Sen 2018
Birjalarda bəzi kənd təsərrüfatı məhsularının qiyməti artıb.
FED.az xəbər verir ki, 1 buşel qarığdalının qiyməti 0,75 sent (0,20%) artaraq 367 sent və ya 1 kiloqram qarığdalının qiyməti 13,59 sent olub.
1 buşel buğdanın qiyməti 2,50 sent (0,49%) azalaraq 511,25 sentə enib və ya 1 kiloqram buğdanın qiyməti 18,94 sent təşkil edib.
1 funt pambığın qiyməti 0,69 sent (0,85%) artaraq 81,99 sent olub və ya 1 kiloqram pambığın qiyməti 1,80 dollar olub.
Birjalarda qızılın qiyməti azalıb. Qızılın 1 unsiyasının qiyməti 3,05 dollar (0,25%) azalaraq 1 196,93 dollar olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.