Birjalarda kənd təsərrüfatı məhsullarının qiyməti dəyişib.
FED.az xəbər verir ki, 1 buşel qarğıdalının qiyməti 1,25 sent 0,34% azalaraq 371,25 sent və ya 1 kiloqram qarığdalının qiyməti 13,75 sent olub.
1 buşel buğdanın qiyməti dəyişməyərək 450 sent və ya 1 kiloqram buğdanın qiyməti 16,67 sent təşkil edib.
1 funt pambığın qiyməti 0,35 sent və ya 0,47% artaraq 74,56 sent olub və ya 1 kiloqram pambığın qiyməti 1,64 dollar olub.
Birjalarda qızılın qiyməti artıb. Qızılın 1 unsiyasının qiyməti 0,04 dollar artaraq 1 286,40 dollar olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Birjalarda kənd təsərrüfatı məhsullarının qiyməti
09:30
7 Mart 2019