Birjalarda bəzi kənd təsərrüfatı məhsularının qiyməti azalıb.
FED.az xəbər verir ki, 1 buşel qarığdalının qiyməti 1,75 sent (0,50%) azalaraq 350 sent və ya 1 kiloqram qarığdalının qiyməti 12,96 sent olub.
1 buşel buğdanın qiyməti 1,50 sent ( 0,29%) artaraq 513 və ya 1 kiloqram buğdanın qiyməti 19 sent təşkil edib.
1 funt pambığın qiyməti 0,35 sent (0,43%) azalaraq 81,48 sent olub və ya 1 kiloqram pambığın qiyməti 1,79 dollar olub.
Birjalarda qızılın qiyməti azalıb. Qızılın 1 unsiyasının qiyməti 0,32 sent (0,33%) azalaraq 1 194,53 dollar olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Birjalarda kənd təsərrüfatı məhsullarının qiyməti
09:32
17 Sen 2018