21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin 4 milyon dollarlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
FED.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Unibank Kommersiya Bankı" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2018002025
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı: 4000 ədəd
İlkin ticarət qiyməti: 1000 ABŞ dolları
İstiqrazların buraxılış həcmi: 4 000 000 ABŞ dolları
İllik gəlirlilik faizi: 8%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir.
Tədavül müddəti: 6 il
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “Unicapital İ.Ş.” ASC