Dünyadakı iqtisadi böhran və koronavirusun m ənfi təsirləri bir sıra iri şirkətlərin səhmlərinin kəskin ucuzlaşması ilə nəticələnib.
FED.az xəbər verir ki, vaxtilə kifayət qədər bahalı səhmlər indi bir neçə dəfə ucuz qiymətə ticarət olunur. Bura neft, turizm, təyyarə şirkətləri və başqalarını misal göstərmək olar.
Birja ekspertləri hesab edir ki, koronavirus vaksininin tapılması və COVİD-19-un qarşısının alınması həm vaksin şirkətlərinin, həm də səyahət və neft şirkətlərinin səhmlərinin bahalaşmasına səbəb ola bilər.
Fond bazarları üzrə analitik Nizami Alişan bildirir ki, artıq gələn ildən bəzi şirkətlərin səhmləri indiki ilə müqayisədə 2-3 dəfə, bəzi hallarda isə daha artıq bahalaşacaq.
Ekspert gələn il bahalaşacağı güman edilən səhmlərin siyahısını da təqdim edib.