Birja böyük qazanclara qapı açan dünya kimi tanınır, lakin bu qapıdan keçməyi hər kəs bacarmır. O halda, həqiqətən birjada pul qazanmaq mümkündürmü? Niyə bir çox insan birja ticarətində uğur qazana bilmir? Uğurlu olanlar hansı sirləri bilirlər? Qazananlar kimlərdir? Bütün bu suallara cavab axtarırsınızsa, bu məqalə sizi doğru ünvana aparacaq.
FED.az xəbər verir ki, bu suallara cavab tapmaq üçün ASSIST Finance-ın təşkil etdiyi pulsuz vebinarda iştirak etməyin tam vaxtıdır!
Avqustun 30-da ASSIST Finance şirkətinin Xarici Bazar Departamentinin rəhbəri, mütəxəssis Elnur Rəsulov sizə bu və bir çox digər sualların cavabını verəcək. Qeyd edək ki, Elnur Rəsulov İtaliyada aldığı ali təhsil, ölkə daxilində və xarici şirkətlərdə qazandığı geniş investisiya təcrübəsi ilə bu sahədə mühüm mütəxəssislər biridir.
Vebinarda “birja dünyasına addım atmalısınızmı?”, “kimlər qazana bilər?”, “nələrə diqqət etmək gərəklidir?” kimi bir çox suallarada cavab tapacaqsınız. Vebinar bu sahəyə yeni başlayanlar, başlamaq istəyənlər, təcrübəsi olan lakin hələdə doğru strategiyanı tapa bilməyənlər və ümumilikdə bu sahəyə marağı olan hər kəs üçündür.
Vebinarda iştirak pulsuzdur, lakin yerlər məhduddur. Formu dolduraraq yerinizi indidən rezerv edin.
Qeydiyyat üçün: http://tiny.cc/birjavebinar
Birjada pul qazanmağın mümkün olub-olmaması ilə maraqlananlar üçün bütün cavablar bu seminarda!