Bu ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin diamikası açıqlanıb.
FED.az şirkətlərin birja dövriyyələri əsasında açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, birja dövriyyəsində ən kəskin artım olan şirkət "Troni İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin birja dövriyyəsi illik müqayisə ilə 85,6 dəfə və ya 168,5 milyon manat artıb.
"ABB İnvest İnvestisiya Şirkəti"-nin birja dövriyyəsi 3,3 dəfə və ya 10,8 milyard manat yüksəlib.
Bu dövrdə "Xalq Kapital İnvestisiya Şirkəti"-nin dövriyyəsində 3,3 dəfə, başqa sözlə 615,7 milyon manat artım qeydə alınıb.
"İnvest.Az İnvestisiya Şirkəti"ndə artım isə 2,2 dəfə, başqa sözlə 404,1 milyon manat olub.
“Paşa Kapital İnvestisiya Şirkəti" ASC investisiya şirkətində 2,0 dəfə 9,4 milyon manat artım baş verib.
Birja dövriyyəsi ən kəskin azalan şirkət isə 3,3 dəfə və ya 419,1 milyon manat olmaqla "CFI İnvestisiya Şirkəti" olub.