Bu ilin yanvar-fevral ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin diamikası açıqlanıb.
FED.az şirkətlərin birja dövriyyələri əsasında açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, birja dövriyyəsində ən kəskin artım olan şirkət "Troni İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin birja dövriyyəsi illik müqayisə ilə 89,4 dəfə və ya 114,1 milyon manat artıb.
"Assist Finance İnvestisiya Şirkəti"-nin birja dövriyyəsi 84,4 dəfə və ya 1,5 milyard manat yüksəlib.
Bu dövrdə "Xalq Kapital İnvestisiya Şirkəti"ndə artım isə 5,3 dəfə, başqa sözlə 486,8 milyon manata yaxın olub.
"Paşa Kapital İnvestisiya Şirkəti"-nin dövriyyəsində 4,1 dəfə, başqa sözlə 5,3 milyard manat artım qeydə alınıb.
Birja dövriyyəsi ən kəskin azalan şirkət isə 2,5 dəfə və ya 180,4 milyon manat olmaqla "CFİ Finace İnvestisiya Şirkəti" olub.