Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin diamikası açıqlanıb.
FED.az şirkətlərin birja dövriyyələri əsasında açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, birja dövriyyəsində ən kəskin artım olan şirkət "MFX Trading İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin birja dövriyyəsi illik müqayisə ilə 140,2 dəfə və ya 52,9 milyon manat artıb.
"ABB İnvest İnvestisiya Şirkəti"-nin birja dövriyyəsi 6,2 dəfə və ya 33,5 milyard manat yüksəlib.
Bu dövrdə "İnvest.az İnvestisiya Şirkəti"-nin dövriyyəsində 2,8 dəfə, başqa sözlə 678,8 milyon manat artım qeydə alınıb.
"Assists Finance İnvestisiya Şirkəti"ndə artım isə 2,3 dəfə, başqa sözlə 3 milyard manat olub.
Birja dövriyyəsi ən kəskin azalan şirkət isə 45% və ya 236,1 milyon manat olmaqla "Xalq Kapital İnvestisiya Şirkəti" olub.