Dünya kriptovalyuta bazarında bir neçə gündür ki, hökm sürən ucuzlaşma bu gündən bahalaşma ilə əvəz olunub.
FED.az xəbər verir ki, fevralın 26-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 54-ü bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 67 dollar və ya 0,6% ucuzlaşaraq 9736 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 943 dollar və ya 8,8% ucuzlaşıb.
Etheriumun qiymətində isə bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 11 dollar və ya 1,3% bahalaşaraq 855 dollar olub.
Son həftə ərzində isə Etherium 78 dollar və ya 8,3% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma DigixDAO-da(24,79%), ən çox ucuzlaşma isə Bitcore-də(13,30%) müşahidə olunub
Bir həftədə 1000 dollara yaxın ucuzlaşdı – QİYMƏTLƏR
09:20
26 Fev 2018