Dünyanın ən böyük kriptovalyuta birjası olan «Binance» birjadan Bitcoin çıxarılması ilə bağlı bütün əməliyyatları dayandırıb.
Bu barədə məlumat şirkətin rəsmi Twitter səhifəsində yerləşdirilib.
FED.az xəbər verir ki, Şirkət bunu şəbəkə sıxlığı ilə izah edərək, problemin həlli üzərində işlədiyini elan edib.
"Bitcoin şəbəkəsində tıxac problemi yaşandığı üçün biz müvəqqəti olaraq Bitcoin çıxarılmasını dayandırdıq", - bəyanatda deyilir. Binance əmin etdi ki, onlar problemin həlli üzərində işləyirlər və tezliklə kriptovalyutanı geri qaytarmaq imkanı verəcəklər.
Xatırladaq ki, bir gün əvvəl «Bloomberg» elan etmişdi ki, ABŞ rəsmiləri «Binance» birjasının ruslara sanksiyalardan yan keçməsinə kömək etdiyindən şübhələnirlər. Buna görə də «Binance»ni yoxlamağa başlayıblar.
Qeyd edək ki, son məlumata görə, bitcoin 28-29- min dollar arasında ticarət edilir.