Dünyanın ən varlı şəxslərindən biri, «Microsoft» şirkətinin yaradıcısı Bill Qeyts və onun həyat yoldaşı Melinda Qeytsə məxsus olan səhmlər məlum olub. Bill Qeyts və onun həyat yoldaşı Melinda Qeyts tərəfindən yaradılmış xeyriyyə Fondu müxtəlif səhmlərə yatırım edir.
FED.az xəbər verir ki, fond 42 milyard dollar dəyərində səhm portfelinə malikdir.
Səhm portfelini 10 iri şirkət formalaşdırıb. Bunlar: Microsoft, Berkshire Hathaway, Canadian National Railway, Waste Management, Caterpillar, Deere, EcoLab, Coca-Cola FEMSA və «Walmart»dır.
Nvidia səhmləri ilə ticarətin həcmi Tesla səhmləri ilə ticarətin həcmini geridə qoyub
Bill Qeytsin portfelinə baxanda məlum olur ki, sözügedən şirkətlərin əksəriyyətinin səhmləri 2023-cü ildə bahalaşıb və 2024-cü ildə də qiyməti artmaqda davam edir.
Adı çəkilən şirkətlərin səhmləri haqqıda daha detallı:
Şirkətin adı |
Şirkətin bazar dəyəri (milyard USD)
|
Səhminin dəyəri 2023-cü ilin əvvəlinə (USD) |
Səhminin dəyəri 2023-cü ilin sonuna (USD) |
Səhminin bu günkü dəyəri (USD) |
Microsoft |
3 030 milyard |
225 dollar |
376 dollar |
407 dollar |
Berkshire Hathaway |
890 milyard |
319 dollar |
357 dollar |
409 dollar |
Canadian National Railway |
84 milyard |
122 dollar |
126 dollar |
131 dollar |
Waste Management |
83 milyard |
159 dollar |
179 dollar |
208 dollar |
Caterpillar |
164 milyard |
249 dollar |
296 dollar |
328 dollar |
Deere |
102 milyard |
426 dollar |
400 dollar |
361 dollar |
EcoLab |
63 milyard |
149 dollar |
198 dollar |
222 dollar |
Coca-Cola FEMSA |
21 milyard |
68 dollar |
95 dollar |
100 dollar |
Walmart |
481 milyard |
49 dollar |
52 dollar |
60 dollar |
FedEx |
60 milyard |
186 dollar |
253 dollar |
241 dollar |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.