“Bakı Fond Birjası” QSC (BFB) işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün “Yaşıl istiqraz” (“Green bond”) buraxılışına hazırdır”.
Eləcə də bax: Birja üzvlərinin dövriyyələri açıqlandı - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Birjanın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev bildirib.
“Bunun üçün qanunvericiliyik bazası mövcuddur. Sadəcə həmin buraxılışı reallaşdıracaq emitent lazımdır. Əgər müraciət olsa, biz bunu məmnunuyyətlə reallaşdıra bilərik. “Yaşıl istiqraz” buraxılışı üçün investisiya şirkətlərinin üzərinə böyük yük düşür. Onlar da bu məsələni araşdırır”, - o deyib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.