Bakı Fond Birjasında (BFB) 2024-cü ilin yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 mlrd. 686 mln. 648.9 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə çoxdur.
FED.az bu barədə BFB-yə istinadən xəbər verir.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 42%, dövlət qiymətli kağızların ticarət həcmində isə 31% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 221% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 123% artım qeydə alınıb.
Əlavə edək ki, 2024-cü ilin may ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 mlrd. 768.8 mln. manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 24.5% böyümə qeydə alınıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.