15 noyabr 2019-cu il tarixində tarixində Bakı Fond Birjasında (BFB) “Paşa Yatırım Bankası”Anonim şirkətinin (Türkiyə) 2 (iki) müxtəlif buraxılışlı istiqrazları əsas bazar seqmentində listinqə daxil edilmiş və 18 noyabr 2019-cu il tarixində təkrar bazarda ticarətinə başlanılacaqdır.
FED.az xəbər verir ki, istiqrazlar haqqında məlumatlar aşağıda qeyd olunmuşdur:
Qiymətli kağızın ISIN kodu |
AZ2003020172 |
AZ2002020173 |
İstiqrazın növü |
faizli, təmin olunmamış |
faizli, təmin olunmamış |
Emissiya həcmi |
25 000 000 USD |
25 000 000 USD |
Nominal dəyəri |
1000 USD |
1000 USD |
Faiz ödənişləri müddəti |
Hər kvartalda bir |
Hər ayda bir |
Faiz gəliri |
2.95% |
2.95% |
Ödəmə tarixi |
17.04.2022 |
15.09.2021 |
Anderrayter |
Paşa Kapital İŞ QSC |
Paşa Kapital İŞ QSC |
Qeyd edək ki, “Paşa Yatırım Bankası”Anonim şirkətinin istiqrazları ilk dəfə olaraq 13 avqust 2018-ci ildə BFB-də əsas bazar seqmentində listinqə alınmışdır.