Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) AZ2044008681 ISIN-li, 25 mln. manat həcmində, 6840 tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, BFB-dən verilən məlumata görə, sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 mln. manat olub.
İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 25 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 27 noyabr 2038-ci ildir.