Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) AZ2050008682 ISIN-li, 50 mln. manat həcmində, 7 920 tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, BFB-dən verilən məlumata görə, sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 mln. manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 50 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 8 avqust 2042-ci ildir.
Xatırladaq ki, İKZF bu il ümumi həcmi 250 mln. manat təşkil edən istiqrazlar emissiya edib.