Bakı Fond Birjasında 2024-cü ilin yanvar-sentyabr ayları ərzində (9 ayda) dövlət qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 5 milyard 269 milyon manat təşkil edib.
FED.az bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə 910,4 milyon manat və ya 14,7% azdır.
Hesabat dövründə bağlanmış əqdlərin sayı 109 ədəd və ya 5% azalaraq 2 min 114-ə düşüb.
Bununla yanaşı əməliyyatların 4 milyard 197 milyon manatı, o cümlədən bağlanmış əqdlərin 1 070-i ilkin bazarda, 1 milyard 71 milyon manatı və bağlanmış əqdlərin 1 044-ü təkrar bazarda formalaşıb.
İllik müqayisədə ilkin bazar üzrə əməliyyatların həcmində 720 milyon manat və ya 14,6%, əqdlərin sayında 423 ədəd və ya 28% azalma baş verib. Təkrar bazarda formalaşmış əməliyyatların həcmi 190,4 milyon manat və ya 15.1% azalıb, əqdlər isə 314 ədəd (43%) artıb.
İlkin bazarda dövlət istiqrazları əməliyyatların həcmi 317,4 milyon manat və ya 14,3% artaraq 2 milyard 533 milyon manata yüksəlib, ARMB qiymətli kağızları dövriyyə 1 milyard 37 milyon manat və ya 38,4% azalaraq 1 milyard 665 milyon manata düşüb. Əqdlərin sayı dövlət istiqrazları üzrə 42 ədəd (6%) artaraq 761-ə çatsa da, ARMB qiymətli kağızlar üzrə 460 ədəd (2,5 dəfə) azalaraq 30-a düşüb.
Təkrar bazarda dövlət istiqrazları əməliyyatların həcmi 163,5 milyon manat və ya 28% artaraq 749 milyon manata yüksəlib, ARMB qiymətli kağızları dövriyyə 353,9 milyon manat və ya 2,1 dəfə azalaraq 321,5 milyon manata düşüb. Əqdlərin sayı dövlət istiqrazları üzrə 448 ədəd (92%) artaraq 937-ə çatsa da, ARMB qiymətli kağızlar üzrə 134 ədəd (2,3 dəfə) azalaraq 107-yə düşüb.