Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100189S dövlət qeydiyyat nömrəli, 250 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən FED.az-a verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99,5167 manat (6,24%) və 99,5543 manat (5,76%) 27 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 000 345 400 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5543 manat (5,76%), orta ölçülmüş qiyməti 99,5543 manat (5,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 250 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 3 fevral 2021-ci ildir.