Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50400589S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən FED.az-a verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 95,3290 (7%) və 96,1307 (5.75%) olan 9 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 222 116 700 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 98,8148 manat (6,24%), orta ölçülmüş qiyməti 95,8234 manat (6,23%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 1 oktyabr 2021-ci ildir.