Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən kapital bazarının dərinlik və diversifikasiyasının artırılması məqsədi üzrə həyata keçirilən əsas təşəbbüslərdən biri də investisiya alətlərinin əhatə dairəsinin genişləndirilməsidir. Bu istiqamətdə növbəti tədbir kimi Mərkəzi Bankın İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli - cü il tarixli Qərarı ilə “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası” (Qayda) təsdiq edilmiş və 31 oktyabr 2023- cü il tarixindən qüvvəyə minmişdir.
Mərkəzi Bank banklara nəzarəti gücləndirir – YENİ QAYDA, YENİ ALƏTLƏR VƏ NƏZARƏT MEXANİZMİ
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Qaydalar beynəlxalq maliyyə təşkilatlarının rəyləri nəzərə alınmaqla hazırlanmış və bu təşkilatlar tərəfindən yerli bazarda qiymətli kağız buraxılışları üzrə qeydiyyat prosedurlarını, məlumatların açıqlanması habelə qiymətli kağızların yerləşdirilməsi və buraxılış şərtlərində dəyişiklik edilməsi kimi tələbləri müəyyən edir.
Qaydanın tətbiqi ilə beynəlxalq təşkilatlar tərəfindən yerli bazarda qiymətli kağız buraxılışının artacağı, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dəstək olacağı, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanını təmin ediləcəyi və qiymətli kağızlar bazarında ticarət olunan likvid alətlərin çeşidinin genişlənəcəyi gözlənilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.