Comex birjasında gümüş fyuçerslərinin kotirovkaları 5,32% artaraq 1 unsiya üçün 90,935 dollar səviyyəsinə çatıb.
FED.az xəbər verir ki, qiymətli metal ardıcıl olaraq 4-cü gündür aktiv şəkildə bahalaşır, bu müddət ərzində qiymət 21% artıb.
Bazar iştirakçıları, ABŞ Prezidenti Donald Tramp ilə FED rəhbəri Jerome Powell arasındakı qarşıdurma və İranda davam edən iğtişaşlar fonunda yaranan qeyri-müəyyənlik səbəbindən gümüş alırlar.
Bazarın dəstəklənməsində həmçinin ABŞ-da inflyasiya göstəricilərinin açıqlanmasından sonra bu il ABŞ Mərkəzi Bankı (FED) tərəfindən faizlərin daha da aşağı salınacağına dair gözləntilər rol oynayıb.
Bundan əlavə, gümüş qiymətlərinin artmasına bazarda davam edən defisit də təsir göstərir.










