İyunun 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100182S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 12 investor tərəfindən qiymət aralığı 99.4397 AZN (7.26%) və 99.4773 AZN (6.76%) arasında olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 408,541,300.00 AZN olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 AZN təşkil edib.
Notların ödəmə tarixi 15.07.2020