Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən FED.az-a bildiriblər ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01 faiz) olan 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 819 268 200 AZN olub. Başqa sözlə, notlara tələbat təklifi 3,3 dəfə üstələyib.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01 faiz) müəyyən olunub. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000 AZN təşkil edib.
Notlar martın 21-də ödəniləcək.