Fevralın 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 30 mln manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Eləcə də bax: Tanınmış şirkət Bakı Birjasından çıxmasının – SƏBƏBİNİ AÇIQLADI
FED.az xəbər verir ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 94.6969 AZN (3.36%) və 97.4760 AZN (3.69%) olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101 milyon 631,1 min AZN olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.3495 AZN (3.89%), orta ölçülmüş qiyməti 97.3607 AZN (3.85%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi
30 milyon AZN təşkil edib.
Notların ödəmə tarixi 02.11.2020