Bu gün sentyabrın 26-da Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az BFB-yə istinadən məlumat verir ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) ilə 99.3812 AZN (8.01%) arasında olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 504 milyon 983 min 600 manat olub.
Mərkəzi Bankın qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib.
Notların ödəmə tarixi 24 oktyabr 2018-ci ildir.
Banklar izafi manatdan qurtulmağa çalışır - 2,5 DƏFƏ ARTIQ TƏLƏB
20:43
26 Sen 2018