İyulun 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən FED.az-a bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51 faiz) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 629 milyon 434 min 400 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon AZN təşkil edib. Notlar iyulun 31-də ödəniləcək.
                                                    
                                                    
                    Banklar AMB-nin notlarina - "NÖVBƏYƏ DURUBLAR"
 
                            
                            
                        
                            19:47
                            3 İyul 2019
                        
                        




 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








