28 iyun-30 iyun 2022-ci il tarix aralıqlarında (emissiya prospektinə uyğun olaraq) Bakı Fond Birjasında BANK "BTB" ASC-nin tədavül müddəti 6 (altı) təqvim ili olan AZ2004009448 dövlət qeydiyyat nömrəli, 3 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az birjaya istinadən xəbər verir ki, hərrac zamanı 2 investor tərəfindən 3 sifariş təqdim edilib. İstiqrazların hərrac qiyməti 1,000.00 AZN müəyyən edilmişdir.
İstiqrazın illik faiz dərəcəsi 9%, faiz ödənişləri 1 təqvim ayından bir olmaqla investorlara ödənilir.
İstiqrazların ödəmə tarixi 28.06.2028-ci ildir. Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.