Kriptovalyuta bazarındakı qeyri-sabitliyi nəzərə alan İsveç bankı - "Nordea Bank" fevralın 28-dən etibarən işçilərinə bitkoin və buna bənzər ödəniş vasitələri ilə ticarəti qadağan edib.
FED.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
“Risklər olduqca yüksək olduğu üçün işçilərə kriptovalyutaya investisiya etmək qadağan olunur. Həm əməkdaşlarımız, həm də bank bundan sığorta olunmayıb” - deyə "Nordea Bank"ın məlumatında qeyd olunub.
Məlumatda həmçinin bildirilib ki, digər valyuta və qiymətli kağızlardan fərqli olaraq kriptovalyuta hər hansı rəsmi təşkilat tərəfindən idarə olunmur. Buna görə də onu alan investorlar çirkli pulların yuyulması və qeyri-qanuni biznesdən qorunmurlar. Bununla yanaşı "Nordea Bank"ın bitkoin sahibi olan işçiləri onu satmaq məcburiyyətində deyillər.
Eləcə də bax: Bitkoin halaldı, yoxsa haram? - Azərbaycanlı din adamlarının - MÖVQEYİ
@report