Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatı (BOKT) «Finca-Azerbaijan» MMC istiqraz buraxmağa hazırlaşır.
FED.az xəbər verir ki, şirkət il ərzində 10 milyon manatlıq istiqraz buraxacaq, istiqrazlar hər biri 100 manat olan 100 min qiymətli kağız kimi buraxılacaq. İstiqrazlar 2 illik müddətə, illik 12,5%- gəlirliliklə buraxılacaq, faizləri 3 aydan bir ödəniləcək.
İstiqraz buraxılışı hisə-hissə baş tutacaq, ilk hissə 3 milyon manatdır.
«Finca-Azerbaijan» BOKT MMC istiqraz buraxılışı ilə bağlı öz maliyyə vəziyyətini də açıqlayıb.
Belə ki, şirkət son 3 ili mənfəətlə işləyir, 2022-ci ildə də mənfəətlə işləcəyini gözləyir, hərçənd bu il mənfəət bir qədər azalacaq.
«Finca-Azerbaijan» BOKT MMC 2019-cu ildə 11 milyon 205 min manat mənfəətlə başa vursa da, 2020-da bu rəqəm 15 dəfə azalaraq 734 min manata enib. 2021-də mənfəət 2 milyon 611 min olub, 2022-də isə xalis mənfəətin 2 milyon 353 min manata enəcəyi gözlənilir.
Qeyd edək ki, «Finca Azerbayijan» şirkəti 100% xarici kapitallıdır və Hollandiyada qeydiyyatdan keçmiş «FİNCA Microfinance Coöperatief U.A.» şirktinə məxsusdur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.