13.07.2024-cü il tarixində saat 13:00 ”Baku Kids Company” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, ev 19A ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyində aşağıdakı məsələlər müzakirə olunacaq:
1. ”Baku Kids Company” QSC -nin 2023-ci il üzrə illik hesabatı;
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilən məsələlər.
Qeyd: Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 19A ünvanında həftənin bazar ertəsi - cümə günləri saat 14:00-dan 18:00-dək əldə etmək üçün hüquqşünasa müraciət etmək olar .
Yığıncaqda şəxsiyyəti təsdiqləyən sənədlə iştirak edilməsi zəruridir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.