“Azinko Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azvil Tikinti” MMC-dən ayrılır.
Eləcə də bax: “Hayat Park Residence” səhm bazarına - DAXİL OLUR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Azvil Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti iştirakçısı “Azinko Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azvil Tikinti” MMC-dən ayrılması ilə əlaqədar “Azvil Tikinti” MMC-nin nizamnamə kapitalını azaltdığını elan edir.
Kreditorlar 1 (bir) ay müddətində AZ1065, Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49 B, məhəllə 1054 ünvanına müraciət edə bilərlər.
Xatırladaq ki, “Azinko Holdinq” Bakının ən hündür göydələni olan “Baku Tower”in sahibidir. “Azinko Holding” MMC və “Azvil Tikinti” MMC-nin Bakıda yeni biznes mərkəzi tikmək planı haqqında ilk məlumat 2014-cü ildə yayımlanmışdır. Lakin həmin məlumatda binanın 49 mərtəbəli olacağı və 252 metr hündürlükdə planlaşdırılması bildirilirdi. Layihənin “Arxin-M Ltd” tərəfindən hazırlanması, memarın isə Eren Yorulmazer olduğu bildirilir.
Onu da qeyd edək ki, “Azinko Holdinq” 2006-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Akif Həsənovdur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.