Azərbaycanda birja əməliyyatlarına maraq göstənrən investorlar müxtəlif şirkətlərlə yanaşı, məşhur futbol klublarının səhmlərinə də sahi b ola bilərlər.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI(20-24 may, 2024)
FED.az xəbər verir ki, məsələn, yerli investisiya şirkətlərinə müraciət etməklə İngiltərənin məhşur futbol klublarından olan «Mançester Yunayted»in səhmlərini almaq olar.
Hər dildə danışan «GPT-4o» çıxdı - «DUOLINGO»NUN SƏHMLƏRİ ÇÖKDÜ – YENİ QİYMƏT
«Unicapital» investsiya şirkətindən FED.az-a bildirilib ki, sözügedən futbol klubunun səhmini almaq üçün ilk olaraq invetisiya şirkəti ilə əlaqə yaradaraq burada investisiya hesabı açmaq lazımdır.
Qeyd edək ki, səhmləri Nyu-York birjasında Manchester United Ltd (MANU) adı ilə dövr edir.
İnvetisiya hesabı açılan zaman minimal 200 dollar məbləğində depozit tələb edilir. Xatırladaq ki, bu hər hansı bir xidmət haqqı deyil. İnvetisiya hesabının açılması ödənişsiz əsaslarla həyata keçirilir. Tələb edilən depozit məbləği də bir başa investisiya hesabına köçürülür və həmin məbləğdən istifadə edərək ticarət etmək mümkündür.
Səhmləri istənilən sayda əldə etmək olar və səhmin saxlanılması üçün əlavə ödəniş tələb edilmir.
Qeyd edək ki, «Mançester Yunayted» klubunun 1 ədəd səhminin qiyməti 16,66 dollar təşkil edir. Səhmi əldə edən zaman investor hər bir səhm başına 0,08 sent olmaqla, amma minimum 2 dollar komissiya ödəməlidir. Məsələn 10 ədəd səhm əldə etmək istəyən şəxs üçün komissiya 0,80 dollar təşkil etsə də minimum 2 dollar komissiya tətbiq edilir.
Beləliklə «Mançester Yunayted»in 10 ədəd səhmini almaq 166,6 dollar + 2 dollar olmaqla 168,6 dollara başa gələcək.
Qeyd edək ki, «Mançester Yunayted» şirkətinin səhmlərini almaq maraqlı əyləncə ilə ynaaşı, həm də illik gəlir deməkdir.
Belə ki, «Mançester Yunayted» ənənəvi olaraq hər il dividend ödəyir, hətta dividendlər ildə 2 dəfə olmaqla ödənilir. Məsələn 2022-ci ilin nəticələrinə görə, «Mançester Yunayted»in hər səhmi üzrə ildə 0,18 dollarlıq dividend ödənilib. Səhmin illik dividend gəlirliyi 1,02% təşkil edir. Bu rəqəm dividentin məbləğinin səhmin qiymətinə nisbətini əks etdirir.