2019-cu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 16 milyard 929,3 milyon manat olub.
FED.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 7 milyard 748,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9 faiz artaraq 9 milyard 181,1 milyon manata bərabər olub.
Eləcə də bax: Azərbaycanda bir ayda adambaşına neçə manatlıq – ƏRZAQ ALINDIĞI MƏLUM OLUB
İstehlak məhsullarının 28,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Eləcə də bax: Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
Trend