25 sentyabr 2024-cü il tarixdə, saat 11:00-da “Bakı Yod” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclas: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10, (“Bakı Kondisioneri” ASC-nin inzibati binası) ünvanında baş tutacaq.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;
2. “Bakı Yod” ASC-nin qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatın və son ləğv balansının təsdiq edilməsi;
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər;
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 235-54-58