Ooktyabrın 6-da “Bakı Tikinti Konstruksiyaları” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2021-2022-ci illərin maliyyə hesabatlarının və balansının təsdiq edilməsi.
2. Cəmiyyətin təşkilati - hüquqi formasının dəyişdirilərək ASC-yə çevrilməsi.
3. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin qəbul edilməsi.
4. Müşahidə şurasının, icra orqanının və maliyyə- təftiş müfəttişinin seçilməsi.
5. Qanuni təmsilçiliyə müvafiq səlahiyyətlərin verilməsi.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.
Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül zonası 507-ci küçə, 2096-cı məhəllə.