“Bakı Sığorta” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
Azərbaycanda səhm və istiqraza yatırılan pullar - SIĞORTA OLUNACAQ – MƏBLƏĞ, HÖKUMƏTDƏN YENİLİK
FED.az bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, Nəcəfov Behbud Çingiz oğlu və Rəhimov Murad Arif oğlu ümumilikdə 13,89% payını "Bank Respublika"ya satıb. Nəticədə sözügedən bankın "Bakısığorta"dakı payı 79.42%-dən 93.32%-ə yüksəlib.
Hazırda digər səhmdar “Ekolizinq” MMC 6.68%-lik paya və ya 785 səhmə sahibdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.