CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 4-də 79,74 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,01 dollar/barel çoxdur.
FED.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 4-də 78,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 4-də 76,31 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 4-də 77,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,26 dollar/barel azdır.
Bakı nefti bahalaşıb
00:08
6 Sen 2018