Bakı Fond Birjasının (BFB) QSC-nin idarə heyətinin sədri Ruslan Xəlilov gələcək 3 il ərzində izlənəcək 7 strateji təşəbbüsü açıqlayıb.
BFB-nin sədri: "Azərbaycanda fərdi investorların fəaliyyəti zəifdir"
FED.az xəbər verir ki, Ruslan Xəlilov mətbuat konfransında təşəbbüslərdən 4-nün istiqraz bazarı ilə, 3-nün isə fond bazarı ilə bağlı olduğunu bildirib.
"İstiqraz bazarındakı 1-ci təşəbbüs dövlət müəssisələri tərəfindən istiqrazların buraxılmasının stimullaşdırılmasıdır. Bu sahədə potensialları var və biz dövlət müəssisələrinin istiqraz bazarındakı payının artacağını proqnozlaşdırırıq", - o vurğulayıb.
R.Xəlilovun sözlərinə görə, yaxın 3 il ərzində dövlət istiqrazlarının həcmi 1,3 milyard manata qədər artacaq. 2-ci təşəbbüs institusional investorların bazara cəlb olunmasıdır. 3-cü təşəbbüs – korporativ istiqrazların emissiyasının stimullaşdırılmasıdır (burada artım potensialı 1,5 milyard manatdır). 4-cü təşəbbüs isə, fərdi investorların istiqraz bazarındakı rolunun artırılmasıdır (potensial 280 milyon manat səviyyəsində proqnozlaşdırılır).
Fond bazarı ilə bağlı aşağıdakı təşəbbüslər açıqlanıb:
- fərdi investorların fond bazarında iştirakını asanlaşdırmaq üçün zəruri tədbirlərin görülməsi;
- özəl müəssisələrin səhmlərinin İlkin ictimai təklif (IPO) üçün dəstək verilməsi; burada özəl müəssisələrin kapitalizasiya artımının 500 milyon manat səviyyəsində proqnozlaşdırıldığı bildirilir.
- IPO üçün akselerasiya proqramının işə salınması. (Trend)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.