"Bakı Fond Birjası" QSC-nin səhmlərinin 4,76%-nə nəzarət edən "Standard Kapital" MMC payını satıb.
FED.az xəbər verir ki, şirkətin payını Birjanın mövcud səhmdarlarından biri alıb.
Hələ ki, onun adı açıqlanmır.
Xatırladaq ki, “Standard Kapital” 2004-cü ildə yaradılıb. Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna əsasən, Şirkətə broker və diler fəaliyyəti, aktivlərin idarə edilməsi ilə məşğul olmaq üçün verilmiş lisenziyaların müddəti həmin ilin sonunda bitib. Bundan sonra onun fəaliyyəti dondurulub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.