Bakı Fond Birjasında 2019-cu il ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 milyard 33,8 milyon manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 5,8% azdır.
Eləcə də bax:Bakı Fond Birjasında listinq üzrə – TARİFLƏR – TAM SİYAHI
FED.az xəbər verir ki, 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi isə 14 milyard 893 milyon manat olmuşdur. 2019-cu il üzrə dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, korporativ qiymətli kağızlar üzrə yerləşdirmələrin həcmində 20% artım qeydə alınmışdır.
Eyni zamanda dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 248%, korporativ qiymətli kağızların təkrar bazarında 72% və repo əməliyyatlarında isə 83.5% böyümə qeydə alınmışdır. Nəticə olaraq, Birjada təkrar bazar üzrə əməliyyatların həcmi keçən ilə nəzərən 128% artmışdır.
2019-cu ilin dekabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3,687,979,350.80 manat təşkil edərək ötən ilə nəzərən 4% böyümüş, listinqdə olan şirkətlərin sayı isə 914-dən 951-ə yüksəlmişdir.
BFB-nin ticarət dövriyyəsinin müqayisəli cədvəli
Bazarlar / Əməliyyatlar |
31.12.2019-cu il tarixinə |
31.12.2018-ci il tarixinə |
||
Əqdlərin həcmi (manatla) |
Əqdlərin sayı |
Əqdlərin həcmi (manatla) |
Əqdlərin sayı |
|
1. Dövlət qiymətli kağızları |
11,781,968,963 |
2,177 |
13,340,543,115 |
1,725 |
1.1. İlkin bazar |
10,877,166,709 |
1,581 |
13,081,023,114 |
1,416 |
Dövlət istiqrazları |
659,008,281 |
368 |
872,757,966 |
293 |
ARMB* qiymətli kağızları |
10,218,158,428 |
1,213 |
12,208,265,148 |
1,123 |
1.2. Təkrar bazar |
904,802,254 |
596 |
259,520,002 |
309 |
Dövlət istiqrazları |
525,745,218 |
513 |
224,873,506 |
290 |
ARMB qiymətli kağızları |
379,057,036 |
83 |
34,646,496 |
19 |
2. Korporativ qiymətli kağızlar |
1,129,248,340 |
2,665 |
941,057,762 |
3,081 |
2.1. İlkin bazar |
167,095,367 |
59 |
382,907,915 |
172 |
2.1.1. Səhmlər |
700,000 |
3 |
171,800,000 |
121 |
2.1.2. İstiqrazlar |
166,395,367 |
56 |
211,107,915 |
51 |
- İpoteka istiqrazları |
151,007,578 |
25 |
200,557,915 |
33 |
- Digər istiqrazlar |
15,387,789 |
31 |
10,550,000 |
18 |
2.2. Təkrar bazar |
962,152,973 |
2,606 |
558,149,847 |
2,909 |
2.2.1. Səhmlər |
3,360,103 |
2,069 |
42,959,542 |
2,006 |
2.2.2. İstiqrazlar |
958,792,870 |
537 |
515,190,304 |
903 |
- İpoteka istiqrazları |
916,068,096 |
47 |
421,975,256 |
53 |
- Digər istiqrazlar |
42,724,774 |
490 |
93,215,048 |
850 |
3. Repo əməliyyatları |
1,122,579,735 |
618 |
611,776,330 |
335 |
Dövlət istiqrazları üzrə |
737,173,415 |
545 |
404,118,852 |
283 |
ARMB qiymətli kağızları üzrə |
375,410,922 |
55 |
180,056,042 |
19 |
Korporativ qiymətli kağızlar üzrə |
9,995,398 |
18 |
27,601,436 |
33 |
Cəmi (1+2+3) |
14,033,797,038 |
5,460 |
14,893,377,207 |
5,141 |
- o cümlədən: ilkin bazar |
11,044,262,076 |
1,640 |
13,463,931,029 |
1,588 |
- o cümlədən: təkrar bazar |
1,866,955,227 |
3,202 |
817,669,848 |
3,218 |