Xəbər verildiyi kimi, Bakı Fond Birjasında (BFB) ticarət üzrə xidmət haqlarına – ticarət tariflərinə yenidən baxıb.
FED.az-ın məlumatına görə, üstünlük təşkil edən istiqraz bazarı üzrə əməliyyatlardan tutulan xidmət haqqı 2 dəfə azaldılıb.
Dəyişikliklər listinq tariflərinə də təsir edib.
“Bakı Fond Birjası” QSC-də qiymətli kağızların listinqdə saxlanılması üzrə tariflər
Bazar seqmenti |
|
Listinqdə saxlanılması üzrə illik xidmət haqqı |
Əsas bazar |
|
1000 manat |
Standart bazar |
|
500 manat |
Alternativ bazar |
|
Emitentin müraciəti əsasında qiymətli kağızlar listinqə daxil edildikdə, 200 manat |
Listinqdə saxlanılması üzrə illik xidmət haqqından azad olunan emitentlər və qiymətli kağızlar |
||
Bələdiyyələr, yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları tərəfindən buraxılmış dövlət təminatlı istiqrazlar |
||
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən buraxılmış dövlət təminatlı istiqrazlar |
||
Bank Nəzarəti üzrə Bazel Komitəsi tərəfindən tövsiyyə edilən Bazel II prinsiplərinə uyğun olaraq sıfır riskli və ya risksiz hesab edilən istiqrazlar |
||
Azərbaycan Respublikasının mühüm iştirak payına (51%) sahib olduğu səhmdar cəmiyyətlər |
Tariflər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə şamil olunmur.
Səhmləri Əsas və ya Standart bazarda listinqdən keçmiş Emitent istiqrazlarını müvafiq olaraq Əsas və ya Standart bazarda listinqdən keçirdikdə, müvafiq bazar üçün nəzərdə tutulmuş istiqrazların saxlanılmasına dair illik xidmət haqqını bir il üzrə ödəyir.