Bu ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 844 milyon manat təşkil edib.
Eləcə də bax: Xəzinə illik 10%-lə - 25 MİLYON MANAT BORC ALIR
FED.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,4% azdır. Qeyd edək ki, ötən ilin eyni dövründə birjanın dövriyyəsi 6 242 milyon manat olmuşdu.
Ötən 5 ayda bağlanmış əqdlərin sayı isə 11,3% azalaraq 1 987-dən 1 762-yə düşüb.
Birjanın dövriyyəsinin azalması bütündüklə dövlət qiymətli kağızlarının hesabıvna baş verib.
BFB-nin dövriyyəsinin 57,75%-i, yaxud 2 220 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə dövriyyə 2,6 dəfə az olub. Ötən il bu göstərici 5 768 milyon manat idi.
İlk 5 ayda birjada korporativ qiymətli kağızlar bazarı üzrə dövriyyyə əqdlərin dəyəri 5,5 dəfə artaraq 955,1 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2,2 dəfə artaraq 669 milyon manat olub.
Amma korporativ QK və repo əməliyyatı üzrə dövriyyə də demiək olar ki, bütünlüklə dövlət qiymətli kağızlarının hesabınadır.
Korporativ kağızlarla əməliyyatların ilkin bazarda dövriyyəsi 77 milyorn manat olub ki, onun 75 milyon manatı ipoteka istiqrazlarıdır.
Korporativ kağızların təkrar bazarında isə 878 milyon manatlıq dövriyyənin 858 milyon manatı ipotkeka istiqrazları, 12 milyon manat isə digər istiqrazlar (bunun içərisində SOCAR istiqrazları da var) təşkil edir.
Repo əməliyyatlarının isə 669 milyon manatlıq dövriyyəsinini 621 milyon manatı dövlət istiqrazlarının, 11,6 milyon manatı Mərkəzi Bankın notlarının, 36,5 milyon manat isə korporativ kağızların (bunun içərisində SOCAR istiq8razları da var) payı na düşür.
Başqa sözlə, real olaraq özəl sektorun korporativ qiymətli kağızlar bazarında təmsilçiliyi simvolik xarakter daşıyır.