Bakı Fond Birjasında 2021-ci ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 4 milyard 252 milyon 173 min manat təşkil edib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmi 2 dəfə artıb. Bakı Fond Birjasında 2020-ci ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2 milyard 76 milyon 41 min manat təşkil etmişdi.
2021-ci ilin mart ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 7% artaraq 4 milyard 162 milyon 654 min manat təşkil etmişdir.
(marja)