Bakı Fond Birjasında 01.01.2022-31.03.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 5 milyard 101 milyon 621 min manat təşkil edib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmi 67%, repo əməliyyatları 103%, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları 294%, ticarətin ümumi həcmi isə 20% artıb.
2022-ci ilin mart ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 80 milyon 241 min manat təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.