“Bakı Fond Birjası" QSC-də (BFB) "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dəyişikliklərin təsdiqlənməsi ilə repo əməliyyatlarının stimullaşdırılması üzrə bir sıra yeni müddəalar qüvvəyə minib.
FED.az xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir.
Eləcə də bax: BFB-də marketmeyker fəaliyyəti üzrə tələblərə - DƏYİŞİKLİK EDİLİB
Məlumatda həmçinin deyilir ki, dəyişikliklərdən sonra Birjanın əsas və standart bazar seqmentində listinqə daxil olan korporativ qiymətli kağızlardan repo predmeti kimi istifadə olunması mümkün olub. Artıq həmin qiymətli kağızların yeni siyahısı və onlar üzrə təminat əmsalı Birjanın “Repo bazarı” bölməsində (https://bfb.az/korporativ-repo-emeliyyatlari/) yerləşdirilib.