Bakı Fond Birjası 4-8 oktyabr 2022-ci il tarixlərində Beynəlxalq İnvestor həftəsində iştirak edir.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, hər il Dünya Birjalar Federasiyası üzvləri İnvestorlara dəstək göstərilməsi və maliyyə imkanlarının artırılması məqsədi ilə “Ring the Bell for Financial Literacy” tədbiri həyata keçirdir. 6 oktyabr 2022-ci il tarixində Zoom platforması üzərindən onlayn formatda Bakı Fond Birjası Maliyyə Savadlılığına həsr edilmiş açılış zəngi - “Ring the Bell for for Financial Literacy” tədbirinə qoşulmuşdur.
Qeyd edək ki, Dünya Birjalar Federasiyası 87 fond birjası əməkdaşlıq edir.
Bildirmək istərdik ki, Bakı Fond Birjası 2020-ci ildən etibarən Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.