Bakı Fond Birjası 6-8 oktyabr 2021-ci il tarixlərində Beynəlxalq İnvestor həftəsində iştirak edir.
Eləcə də bax: Birja üzvlərinin dövriyyələri açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, hər il Dünya Birjalar Federasiyası üzvləri İnvestorlara dəstək göstərilməsi və maliyyə imkanlarının artırılması məqsədi ilə “Ring the Bell for Financial Literacy” tədbiri həyata keçirdir.
İlk dəfə olaraq bu il 7 oktyabr tarixində Zoom platforması üzərindən onlayn formatda Bakı Fond Birjası Maliyyə Savadlılığına həsr edilmiş açılış zəngi - “Ring the Bell for for Financial Literacy” tədbirinə qoşulub. Bu il 78 fond birjası tərəfindən “Ring the Bell for Financial Literacy” tədbirinin həyata keçirilməsi planlaşdırılır.
Bakı Fond Birjası 2020-ci ildən etibarən Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır.