2022-ci ilin 11 ayında Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 12 milyard 378 milyon 180 min manat təşkil edib.
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI, MƏBLƏĞLƏR
Bu barədə FED.az-a Birjadan bildirilib.
Xatırladaq ki,2021-ci ilin eyni dövründə Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 milyard 148 milyon 135 min manat təşkil etmişdi. Beləliklə, 2022-ci ilin 11 ayında ötən ilin eyni ayı ilə müqayisədə əməliyyatların ümumi həcmi 14,3% azalıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 96%, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 1308 % artım müşahidə olunub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.